CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bölgədə ovçuluqla bağlı təlimlər keçiriləcək

© pixabay / PublicDomainPicturesOvçu
Ovçu - Sputnik Azərbaycan
Abunə olmaq
Ağcabədi və Bərdə rayonları arasında ovçuluqla bağlı əhalinin bilik və məlumatlılıq səviyyəsini artırmaq məqsədilə həm maarifləndirici nəşrlər paylanacaq, həm də təlimlər təşkil olunacaq

BAKI, 2 may — Sputnik. Mayın 2-də "Ekoloji İnformasiya" İctimai Birliyi "Ovçunun məsuliyyəti — ovçuluğun aparılması qaydaları" ekoloji təbliğat kampaniyası layihəsinə start verib.

Təşkilatın sədri Musa Muradov çıxış edərək öncə layihənin məqsədi, hədəfləri və görüləcək işlər barədə danışıb. O, bildirib ki, layihənin məqsədi əhalinin ovçuluqla bağlı məlumatlılıq səviyyəsinin artırılması, onların qanunçuluq barədə təsəvvürlərinin genişləndirilməsi, ətraf mühitə qarşı davranış mədəniyyətinin yüksəldilməsində insanların maarifləndirilməsidir.

© Sputnik / Musa Muradlı"Ovçunun məsuliyyəti - ovçuluğun aparılması qaydaları" ekoloji təbliğat kampaniyası layihəsinə start verilib
Ovçunun məsuliyyəti - ovçuluğun aparılması qaydaları ekoloji təbliğat kampaniyası layihəsinə start verilib - Sputnik Azərbaycan
"Ovçunun məsuliyyəti - ovçuluğun aparılması qaydaları" ekoloji təbliğat kampaniyası layihəsinə start verilib

Bununla bağlı görüləcək işlər barədə danışan layihə rəhbəri qeyd edib ki, layihənin fəaliyyət planına uyğun olaraq hazırlanacaq buklet və kitabçalarda qırmızı kitaba düşən nadir heyvan, quş və balıq növləri barədə, ovçuluq mövsümünün açılması, yekunlaşması, qanunçuluğun yaratdığı məsuliyyət haqqında ətraflı məlumatlar veriləcək. Ağcabədi və Bərdə rayonları arasında ovçuluqla bağlı əhalinin bilik və məlumatlılıq səviyyəsini artırmaq məqsədilə həm maarifləndirici nəşrlər paylanacaq, həm də təlimlər təşkil olunacaq.

Layihə əməkdaşı, ekoloq İsrafil Paşayev Azərbaycan təbiətinin, bütövlükdə dünya heyvanat aləminin nadir incilərindən sayılan canlıların qorunmasından, bu sahədə mövcud olan dövlət qayğısı və bu sahəyə ictimai diqqətin artırılmasından danışıb. O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli strukturları ilə əməkdaşlıq şəraitində layihəni həyata keçirməklə daha uğurlu nəticələr əldə etmək mümkündür.

Görüş təsdiq edilmiş icra planına uyğun olaraq gələcək fəaliyyətlər  istiqamətində layihə əməkdaşları arasında nəzərdə tutulan müvafiq iş bölgüsü müzakirə edilməklə yekunlaşıb.

"Ekoloji İnformasiya" İB Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 1-ci maliyyə müsabiqəsində qalib olan "Ovçunun məsuliyyəti — ovçuluğun aparılması qaydaları" ekoloji təbliğat kampaniyası layihəsini həyata keçirir.

Xəbər lenti
0