Bakı, 2 may — Sputnik. Mayın 1-də Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edən Bakı şəhər sakini M.Şirinova bir gün əvvəl mənzilindən 12.000 manat pulunun və qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Sputnik Azərbaycan-a DİN-in mətbuat xidmətindən daxil olan məlumata görə, hadisə ilə bağlı dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri oğurluğun ev sahibinin öz qızı tərəfindən törədilməsinə əsaslı şübhələr yaradıb və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
İ.Hüseynova izahatında törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.