Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 2 may— Sputnik. Balakən rayonunda xoşagəlməz hadisə baş verib. Rayonun Qazma kənd sakini İlqar Əliyev arı sancmasından dünyasını dəyişib. Kənd sakinlərinin sözlərinə görə, 41 yaşlı arıçı öz şəxsi təsərrüfatda işləyən zaman arı onun boyun nahiyəsindən sancıb. Travmatik şok vəziyyətdə olan xəstə yaxınlarının köməyi ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, analoji hadisə ötən həftə Qax rayonunda da baş verib. Rayon sakini Aqşin Qocayev arıları yemləyən zaman arı onu sancıb və arıçı travmatik şok keçirib. Xoşbəxtlikdən onun həyatını xilas etmək mümkün olub.