Ziyafət Əsgərov hansı hallarda məhdudiyyətlər tətbiq olunacağını açıqladı

© Photo : APAZiyafət Əsgərov - Milli Məclis sədrinin I müavini
Ziyafət Əsgərov - Milli Məclis sədrinin I müavini - Sputnik Azərbaycan
Abunə olmaq
Birinci vitse-spiker: "Bu məsələdən yazarkən təhrifə yol verilməməlidir"

BAKI, 1 may — Sputnik. "Bəzi qanunlar, o cümlədən Cinayət və İnzibati Xətalar məcəllələrinin 2017-ci ildə qəbul edilən "Hərbi vəziyyət haqqında" qanuna uyğunlaşdırılması zamanı xəbərlər yazılarkən yanlış informasiyalar yayılır. Cərimlərin artırılması, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı fikirlər səsləndirilir. Bu, tamamilə yanlışdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında deyib. O bildirib ki, sözügedən qanun layihələri haqqında yazılar yazılarkən, məsələlərə münasibət bildirərkən konteksdən çıxılır, yəni "Hərbi vəziyyət haqqında" qanuna uyğunlaşdırma qeyd olunmur.

Z.Əsgərovun sözlərinə görə, burada söhbət yalnız ölkədə hərbi vəziyyətin tətbiq olunduğu zamandan gedir: "Hərbi vəziyyət haqqında" qanun nə vaxt tətbiq ediləcəksə, onda bu cəzalar tətbiq olunacaq. Bu, bizim beynəlxalq hüquqi öhdəliklərə tam uyğundur. Bu məsələdən yazarkən təhrifə yol verilməməlidir".

Xəbər lenti
0