Saatlar irəli çəkilir: Cəmi 30 dəqiqə...

© Sputnik / Sergey Yermokhin / Mediabanka keçidSaat, arxiv şəkli
Saat, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumata görə, saatların 30 dəqiqə irəli çəkilməsi mayın 5-nə planlaşdırılıb

BAKI, 1 may — Sputnik. Koreya Xalq Demokratik Respublikası Cənubi Koreya ilə vaxt fərqini aradan qaldıracaq. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bununla bağlı qərar ölkənin Ali Xalq Məclisinin Rəyasət Heyəti tərəfindən qəbul edilib.

Məlumata görə, saatların 30 dəqiqə irəli çəkilməsi mayın 5-nə planlaşdırılıb.

Qeyd edək ki, ölkələr arasında vaxt fərqi 2015-ci il avqustun 15-də KXDR-in qəbul etdiyi qərardan sonra yaranıb.

Xatırladaq ki, Koreya liderləri Kim Çen In və Mun Çje İn aprelin 27-də ölkələr arasındakı silahlardan aza edilmiş zonasında görüşüb. Ölkə liderləri birgə bəyannamə imzalayıblar və Koreya yarımadasının nüvə silahından azad etmək istiqamətində hərəkət etmək barədə razılığa gəliblər.

Xəbər lenti
0