CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili mühüm təkliflə çıxış etdi

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
Komitə sədri qeyd edib ki, bununla bağlı müsabiqənin elan olunması, gerbimizin yenidən qəbul olunub, adının düzgün şəkildə təsdiqlənməsinə ehtiyac var

BAKI, 1 may — Sputnik. “Gerbimizlə bağlı elə məsələ var ki, islah olunmalıdır. Gerb sözü yanlışdır”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov Milli Məclisin plenar iclasında deyib.

O bildirib ki, dövlət rəmzləri məsələsində müstəqilliyimizi, böyüklüyümüzü qoruyub saxlaya bilməliyik: “Əsas qanunumuzda, bütün kitablarda Gerb sözü Herb olmalıdır. Bununla bağlı illər öncə yazdığım "Əlifba" kitabında qeyd etmişəm. Hələ Ulu Öndər hakimiyyətdə olarkən mənim bu kitabımı oxumuş və 170-ci səhifədə "Gerb" sözünün "Herb" yazmağımla bağlı maraqlanmışdı. Bildiyiniz kimi "Herb" polyak sözüdür və rus dilində "h" hərfi olmadığı üçün "g" ilə yazılır. Ancaq əcnəbi sözlər Azərbaycan dilinə keçərkən biz dilimizin normasına əsasən orginalı əsas götürürük. Ruslar "gipertoniya" deyir, amma biz "hipertoniya" kimi götürürük, onlar "Herakl" sözünü "g" ilə verir, amma biz də "h" ilə yazılır. Yeganə dil xətası bizim ən vacib sözümüz olan "Gerb" sözündə pozulur. Biz başqa dilin normasını özümüzünkü kimi təsdiqləyə bilmərik”.

Komitə sədri qeyd edib ki, bununla bağlı müsabiqənin elan olunması, gerbimizin yenidən qəbul olunub, adının düzgün şəkildə təsdiqlənməsinə ehtiyac var.

Xəbər lenti
0