Paşinyan baş nazir ola bilmədi: Əhali Yerevan küçələrində

© Sputnik / Asatur YesayantsNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan parlamentinin xüsusi iclasında deputatların əksəriyyəti (56 nəfər) Paşinyanın namizədliyinin əleyhinə səs verib

BAKI, 1 may — Sputnik. "Mənim addımım" hərəkatının lideri, "Yelk" parlament fraksiyasının rəhbəri Nikol Paşinyan Ermənistanın baş naziri seçilə bilməyib.

Ermənistan parlamentinin xüsusi iclasında deputatların əksəriyyəti (56 nəfər) Paşinyanın namizədliyinin əleyhinə səs verib. Onun lehinə 45 nəfər səs verib.

Nikol Paşinyan Ermənistanın baş naziri postuna yeganə namizəd idi. Seçilmək üçün ona 105 deputatdan 53-nün səsi lazım idi.

Ermənistanın keçmiş baş naziri Serj Sarqsyan aprelin 23-də kütləvi etirazlardan sonra istefa verib.

Paşinyanın tərəfdarları hazırda parlament binasını əhatəyə alıblar. Etiraz aksiyasının fasiləsiz şəkil alacağı bildirilir.

Qanuna əsasən, bir həftədən sonra yenidən parlamentdə baş nazir seçkiləri olacaq. Əgər parlament ikinci dəfə baş naziri seçə bilməsə buraxılacaq və yeni seçkilər təyin olunacaq.

Xəbər lenti
0