BAKI, 1 may — Sputnik. İraq məhkəməsi onlarla qadını ittiham edilərək, ömürlük azadlıqdan məhrum edib.
Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, qadınlar İŞİD terror qruplaşmasına qatılmaqda və döyüşçülərə dəstək verməkdə ittiham edilir. İraqda ittiham edilənlərdən 6-nın azərbaycanlı olduğu bildirilir.
Bundan başqa, barələrində ömürlük həbs qərarı çıxarılanlar arasında 19 rusiyalı və 4 tacik qadın da var.