Ermənistan parlamentində qalmaqal qopdu

© Sputnik / Asatur YesayantsЗдание Национального здания Армении
Здание Национального здания Армении - Sputnik Azərbaycan
Abunə olmaq
Paşinyan danışarkən spiker iclas zalını tərk etdi

BAKI, 1 may — Sputnik. Ermənistan parlamentinin spikeri Ara Babloyan baş nazir postuna namizəd Nikol Paşinyanın etiraz aksiyaları zamanı uşaqların hüquqları ilə bağlı sözlərinə etiraz olaraq iclas zalını tərk edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Депутаты оппозиционной фракции Елк в НС (30 апреля 2018). Еревaн - Sputnik Azərbaycan
"Əminəm ki, Paşinyan baş nazir ola bilməz"

Çıxışı zamanı Paşinyan bəyan edib ki, uşaqlar da ölkə vətəndaşlarıdır və onların da qərar vermək hüququ var.

"Mən sizdən öyrəndiyimi edirəm və sizin uşaqların hüquqları ilə bağlı bəyanatlarınıza etiraz olaraq 10 dəqiqəlik müddətə iclas zalını tərk edirəm. Daha sonra uşaq hüquqları ilə məşğul olan beynəlxalq təşkilatlar sizə səhvinizi anladacaq ki, baş nazir seçiləcəyiniz təqdirdə, siz bu sözləri təkrar etməyəsiniz", – deyə Babloyan qeyd edib.

Qeyd edək ki, bu gün Ermənistan parlamentində baş nazir seçkiləri keçirilir. Paşinyan hökumət başçısı postuna yeganə namizəddir. Baş nazir seçilmək üçün ona 105 deputatdan 53-ünün səsi lazımdır. Ermənistan parlamentində "Respublikaçılar"ın 58, "Çarukyan" blokunun 31, "Çıxış" (Yelk) fraksiyasının 9, "Daşnaksutyun"un isə 7 mandatı var.

Xəbər lenti
0