Milli Məclis bayraq, gerb və himn barədə qərar qəbul etdi

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
Parlament Bayraq, Gerb, Himn haqqında Konstitusiya qanunu layihələrini qəbul edib

BAKI, 1 may — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihələri müzakirə edilib. 

Здание парламента Азербайджана - Sputnik Azərbaycan
Milli Məclis toplandı, ciddi dəyişikliklər gözlənilir

Sputnik Azərbaycan xəbər verir ki, "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihəsinə əsasən, Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri var. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənib.

"Azərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihəsinə görə Dövlət Gerbi iki palıd budağından və iki sünblüdən ibarət qövsvari çələngin üzərində yerləşən şərq qalxanı şəklindədir. Qalxanın üzərində Dövlət Bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var. Ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı, qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri (8 ədəd) və palıd qozaları (5 ədəd) qızılı rəngdədir.

"Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihəsində musiqisi Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsus olan "Azərbaycan marşı"nın Dövlət Himni kimi təsdiq edilməsi əks olunub.

Hər üç Konstitusiya qanunu layihəsi səsə qoyularaq qəbul olunub.

Xəbər lenti
0