Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Millət vəkili: “AŞPA Azərbaycandakı kiçik bir hadisəni də şişirdir”

© Photo : Facebook / Sevinj FataliyevaMillət vəkili Sevinc Fətəliyeva
Millət vəkili Sevinc Fətəliyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyir ki, AŞPA-da Ermənistanda gedən ciddi proseslərə toxunulmur, müzakirə edilmir

Sevinc Fətəliyeva: “Ermənistan uçurum vəziyyətindədir”
“Növbəti dəfə ikili standartların hələ də AŞPA-da hökm sürdüyünün şahidi olduq”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva AŞPA-da Azərbaycan əleyhinə qəbul olunmuş hesabata münasibət bildirərkən deyib. Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanda hər hansı kiçik bir hadisə olan kimi onu şişirdir, müzakirəyə çıxardır və günlərlə müzakirə edirlər:

“Ancaq bu gün Ermənistanda gedən ciddi proseslərə toxunulmur, müzakirə edilmir, heç onlardan danışılmır. Bu gün Ermənistan uçurum vəziyyətindədir. Orada gedən xalq iqtidar mübarizəsində xalqın mövqeyi nəzərə alınmalıdır. Biz Ermənistanla bir regionda yerləşirik və təbii olaraq, orada gedən proseslər bizim üçün maraqlıdır”.

Qeyd edək ki, AŞPA-nın Müstəqil Araşdırma Qurumu təşkilat daxilində korrupsiya faktları ilə bağlı hesabat hazırlayıb. Hesabatda Azərbaycanla münasibətdə korrupsiya faktı ilə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, həmməruzəçilər Stefan Şennak, Sezar Florin Preda, keçmiş AŞPA sədri və keçmiş Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt, parlamentar Yordi Çukla və digərlərinin adı çəkilir.

Xəbər lenti
0