Azərbaycan təmsilçisi Namiq Cəbrayılov "Sən supersən!"nin ikinci turundakı uğursuz çıxışından sonra göz yaşlarını saxlaya bilməyib.
Onun sözlərinə görə, həmişə mahnının ifası zamanı eyni yerdə sözləri yadından çıxarır və heç cür bu hissəni öyrənə bilmir.
NTV teleşirkətinin və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi olan "Sən supersən!" valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara özünü təsdiq etmək şansı verir.
Müsabiqənin iştirakçıları Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan vokalçılardır.