BAKI, 30 aprel — Sputnik. Əfqanıstanın paytaxtı Kabildə terror hadisəsi baş verib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, paytaxtın "diplomatik bölgə" ərazisində baş verən bomba partlaması zamanı ən az 25 nəfər ölüb, 45 nəfər yaralanıb.
Məlumata görə, ərazidə iki partlayış baş verib. Birinci partlayış yerli saatla 8.00-də, ikinci partlayış isə bundan 40 dəqiqə sonra baş verib. İki partlayış zamanı ölənlərdən 10-u kütləvi informasiya vasitələrinin əməkdaşlarıdır.
Terror İŞİD qruplaşması tərəfindən törədilib. Xatırladaq ki, keçən fevralda da eyni ərazidə baş verən partlayışları İŞİD terror qruplaşması həyata keçirmişdi.