Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sınaq imtahanında iştirak edənlərin nəzərinə

© Photo : Facebook / iqtisad.universityСтуденты в аудитории, фото из архива
Студенты в аудитории, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Nəticələrin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur

BAKI, 30 aprel — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) 29 apreldə keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri) istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonlarını açıqlayıb.

DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, test tapşırıqlarının doğru cavab etalonları ilə Mərkəzin saytında tanış olmaq olar.

Hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək mümkündür.

Yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Xəbər lenti
0