BAKI, 29 aprel — Sputnik. Şimali Koreyanın paytaxtı Pxenyandakı heyvanxanada yaşayan Azalea adında meymun öz hərəkətləri ilə hər kəsi təəccübləndirir.
Sputnik Azərbaycan-ın məlumatına görə, o, gündə nə az nə çox, bir qutu siqaret çəkir. Hətta siqaretini belə özü yandırır.
Azalea alışqanı çox vaxt ora gələn ziyarətçilərdən alır və siqaretini yandırdıqdan sonra aldığı kimi də özlərinə qaytarır. Maraqlıdır ki, onun cinsi dişidir.