Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Gözündə problem olanlar üçün Azərbaycan hökumətindən müjdə

© Sputnik / Murad OrujovКабинет министров Азербайджанской Республики. Архивное фото
Кабинет министров Азербайджанской Республики. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Gözün buynuz qişasının idxal və ixracı üçün tələb edilən sənədlər açıqlanıb

BAKI, 29 aprel — Sputnik. Nazirlər Kabinetinin “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliklər gözün buynuz qişasının Azərbaycana idxalı prosedurunu müəyyənləşdirir.

Beləliklə, göz qişasının idxal edildikdə gözün buynuz qişasının köçürülməsi ehtiyacları üçün gətirilməsi nəzərdə tutulan resipiyentin ixtisaslaşdırılmış tibb müəssisəsinə sifarişi, gözün buynuz qişasını tədarük edən qurumla (Göz Bankı) ixtisaslaşdırılmış tibb müəssisəsi arasında bağlanılmış müqavilə və gözün buynuz qişasının Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş Göz Bankı tərəfindən tədarük olunmasını təsdiq edən sənəd tələb olunacaq.

Göz qişası ixrac edildikdə isə gözün buynuz qişasının köçürülməsi ehtiyacları üçün aparılması nəzərdə tutulan resipiyent barədə məlumatlar, Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş gözün buynuz qişasını qəbul edən Göz Bankı ilə ixtisaslaşdırılmış tibb müəssisəsi arasında bağlanılmış müqavilə lazım olacaq.

Xəbər lenti
0