İsrail: İran Suriyada 80 min silahlı milis saxlayır

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidİran hərbçiləri, arxiv şəkli
İran hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Dəməşqin 10 kilometr yaxınlığında bu milislərə təlim keçilir

BAKI, 28 aprel — Sputnik. İsrail Suriyada İranın nəzarət etdiyi 80 min silahlı milisin olduğuna dair dəlilin BMT-yə təqdim etdiyini iddia edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon İranın Suriya müharibəsinə ən az 80 min şiə milisin göndərildiyini bildirib.

Danon paytaxt Dəməşqin 10 kilometr yaxınlığında bu milislərə təlim keçildiyini söyləyib.

O, İranın paytaxt Dəməşqdən 10 kilometr aralıda təlim düşərgələri qurduğunu bildirib.

Xəbər lenti
0