"Human Right Watch": İsrail müharibə cinayəti törədir

© REUTERS / Amir Cohenİsrail Fələstin
İsrail Fələstin - Sputnik Azərbaycan
Abunə olmaq
"Human Right Watch" beynəlxalq insan haqları təşkilatı İsrail qüvvələrinin Qərbi İordanda Fələstin məktəblərini dağıtmasını müharibə cinayəti kimi səciyyələndirib

BAKI, 28 aprel — Sputnik. "Human Right Watch" (HRW) beynəlxalq insan haqları təşkilatı İsrail qüvvələrinin Qərbi İordanda Fələstin məktəblərini dağıtmasını müharibə cinayəti kimi səciyyələndirib.

Sputnik Azərbaycan İranın "Tasnim" agentliyinə istinadla xəbər verir ki, sözügedən təşkilat İsrailin Qərbi İordanda fələstinlilərin məktəblərini dağıtdığını və yeni məktəbin inşasına icazə vermədiyini, dolayısıyla minlərlə fələstinli uşağın təhsil almasının çətinləşdiyini bildirib.

İsrail 2010-ci ildən bəri 16 Fələstin məktəbini dağıdıb.

Xəbər lenti
0