Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Terror təşkilatının rəsmisi Azərbaycanda ələ keçdi

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
M.C.–nin Gürcüstanın Batumi şəhərində yaşadığı və təşkilatına xaricdə yayılması üçün təlimatlar aldığı müəyyən edilib

BAKI, 28 aprel — Sputnik. Türkiyədə terrorçu qurum kimi tanınan FETÖ təşkilatının üzvi Azərbaycanda yaxalanaraq Türkiyəyə aparılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Təhülkəsizlik İdarəsinin verdiyi məlumata görə, İnterpolun şöbəsi vasitəsilə həyata keçirilən görüşlər nəticəsində Türkiyəyə geri qaytarılması qəbul edilən M.C. ötən gün Azərbaycan İnterpol əməkdaşları tərəfindən İstanbula gətirilib. FETÖ\PDY Silahlı Terror Təşkilatına üzv olmaqda ittiham edilən və haqqında iki fərqli həbs qərarı olan M.C.-nin Gürcüstanın Batumi şəhərində yaşadığı və təşkilatın xaricdə yayılması üçün təlimatlar aldığı müəyyən edilib.

İstanbul Təhlükəsizlik İdraəsinin məlumatında qeyd edilir ki, M.C. 2017–ci ilin aprelində Azərbaycanda həbs edilib və bir müddət həbsxanada saxlanılıb.

M.C. İnterpol əməkdaşları tərəfindən Atatürk Hava Limanına gətirlib və İstanbul Təhlükəsizlik İdarəsi Terrorla mübarizə şöbə müdürlüyünün əməkdaşlarına təhvil verilib.

Xəbər lenti
0