ABŞ-dan Çinə qarşı gözlənilməz addım

© AP Photo / Mindaugas KulbisB-52 bombardman təyyarəsi
B-52 bombardman təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Pekin rəhbərliyi Amerika döyüş təyyarələrinə qarşı heç bir addım atmayıb

BAKI, 28 aprel — Sputnik. ABŞ-ın B-52 bombardımançı təyyarələri Cənubi Çin dənizinə daxil olub və Çinin raket bazaları inşa edilən Sprati adası üzrəindən keçib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə CNN İnternational məlumat yayıb.

Məlumata görə, Guam adasından qalxan B-52 Stratofortress təyyarələri mübahisəli suların üzərində təlim uçuşları həyata keçirib.

Ölüm maşını olaraq bilinən B-52 təyyarələri tonlarla bomba daşıya bilir və ən böyük strateji bombardımançı təyyarələrdir.

Pekin rəhbərliyi ABŞ döyüş təyyarələrinə qarşı heç bir addım atmayıb.

CNN-in məlumatına görə, Yaponiyaya aid F-15 döyüş təyyarələri də təlimə qatılıb.

Xəbər lenti
0