ELM

Bakı məktəbindəki qalmaqal direktorun işdən azad olunması ilə nəticələndi

© Photo : BakimektebleriBakıda orta məktəb
Bakıda orta məktəb - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda etik davranış qaydalarını pozan 1 məktəb direktoru və 2 pedoqoji işçi vəzifədən azad olunub

BAKI, 28 aprel — Sputnik. Paytaxtdakı 281 nömrəli tam orta məktəblə bağlı aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin 2 nəfər pedaqoji işçisi "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozduğuna, məktəbin direktoru pedaqoji kollektivə rəhbərlik və nəzarət işində yol verdiyi nöqsanlara və ümumilikdə, vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə, mövcud qanunvericiliyə uyğun olaraq tutduqları vəzifədən azad olunublar.

Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

"Bəzən təhsil müəssisələrində olmayan hadisələr barədə ajiotaj yaratmaq cəhdləri təbii ki, ikrahla qarşılanır. Bu hal da göstərir ki, nöqsan olan yerdə qəti tədbir görülür. Yəni, təhsili idarəetmə qurumları nöqsanı gizlətmir. Əksinə nöqsanların aradan qaldırılmasında ən çox maraqlı tərəf təhsili idarəetmə orqanlarıdır", — deyə məlumatda vurğulanıb.

Xəbər lenti
0