Türkiyədə sürpriz həbs

© Flickr / GettaНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həbs edilən əmirin 2017-ci il dekabrın 14-də Suriyada Şaidat qəsəbəsində 700 nəfərin öldürülməsində iştirak etdiyi iddia olunur

BAKI, 27 aprel — Sputnik. Türkiyənin İzmir şəhərində keçirilən anti-terror əməliyyatı zamanı 3 terrorçu saxlanılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyat zamanı İŞİD-in Suriyada Deyr-Əz-Zor bölgəsi və yaxın ərazilərin əmiri hesab edilən K.E.H. həbs edilib.

Həbs edilən əmirin 2017-ci il dekabrın 14-də Suriyada Şaidat qəsəbəsində 700 nəfərin öldürülməsində iştirak etdiyi iddia olunur. Onun, eyni zamanda İŞİD lideri Əbubəkr əl-Bağdadinin xələfi kimi göstərilən Səddam Cəmalın yaxın qohumu olduğu bildirilir.

K.E.H.-nın Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi əməliyyatlarından sonra qaçaraq M.M. və Ö.M. ilə birlikdə Türkiyəyə gəldiyi qeyd olunur. Hazırda terrorçular istintaq altındadırlar.

Xəbər lenti
0