Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Prezident mühüm dəyişiklik qərarı verdi

Abunə olmaq
İlham Əliyev "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanununun tətbiqi haqqında fərman verib

BAKI, 27 aprel — Sputnik. Prezident İlham Əliyev "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1087-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman verib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1087-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

Kredit mütəxəssisi və müştəri, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Müflisləşmiş bankların müştəriləri əmanətlərini geri ala bilməyəcəklər

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki, "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun 41-1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir".

"Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununda isə deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

"Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 460; 2001, № 1, maddə 25, № 6, maddə 362; 2002, № 5, maddə 241; 2006, № 3, maddə 225; 2007, № 5, maddə 401; 2008, № 5, maddə 348; 2010, № 4, maddə 276; 2015, № 4, maddə 355, № 11, maddə 1260; 2017, № 3, maddə 332, № 5, maddə 736) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddə üzrə:

1.1. doqquzuncu abzasda "yenidən təşkil edilməsi" sözləri "ödəmə qabiliyyətinin bərpası" sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:

"Sağlamlaşdırma planı – borclunun ödəniş qabiliyyətinin bərpası və iş yerlərinin saxlanması məqsədilə kreditorun (kreditorların) tələblərinin ödənilməsi cədvəli, həmçinin əldə olunan nəticələr, istifadə olunan resurslar və mümkün risklər göstərilməklə sağlamlaşdırma prosesinin tətbiqi zamanı borclunun sağlamlaşdırılmasına yönələn və borclu ilə kreditor (kreditorlar) arasında qarşılıqlı razılıq əsasında həyata keçirilən tədbirlər kompleksini özündə əks etdirən sənəd;".

2. 24-1-ci maddə üzrə:

2.1. maddənin adında "əsas vəsaitlərinin" sözləri "aktivlərinin" sözü ilə əvəz edilsin;

2.2. maddənin mətnində "Borclunun əsas vəsaitlərinin" sözləri "Dəyəri borclunun aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən aktivlərin" sözləri ilə əvəz edilsin, "kreditorların" sözündən əvvəl "bu Qanunun 48-ci maddəsinin 5-ci hissəsində müəyyən edilmiş qaydada" sözləri əlavə olunsun;

2.3. aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

"Dəyəri borclunun aktivlərinin 5 faizindən az hissəsini təşkil edən aktivlərin satılması əmlak inzibatçısı tərəfindən bu Qanunun tələbləri nəzərə alınmaqla kreditorlar yığıncağının razılığı olmadan həyata keçirilə və ya satış planına daxil edilməsi təklif edilə bilər.".

3. 41-ci maddə üzrə:

3.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:

"1. Borclu və ya kreditor (kreditorlar) tərəfindən sağlamlaşdırma haqqında məhkəməyə verilən ərizədə aşağıdakılar göstərilməlidir:

a) ərizənin verildiyi məhkəmənin adı;

b) ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, ərizə hüquqi şəxsin adından verildikdə onun adı və hüquqi ünvanı;

c) bütün məlum kreditorların adları (kreditor fiziki şəxs olduqda — adı, atasının adı, soyadı, hüquqi şəxs olduqda – hüquqi şəxsin adı), poçt ünvanı və onların borcluya qarşı irəli sürdüyü tələblərin məbləğləri;

ç) məhkəmə tərəfindən sağlamlaşdırma imkanına baxılan müddət ərzində kreditorların bununla əlaqədar məruz qalacağı əlavə itkiləri ödəməyə razılıqları barədə məlumatlar;

d) borclunun ödəmə qabiliyyətinin sağlamlaşdırma əsasında bərpasının mümkünlüyünün əsaslandırılması;

e) sağlamlaşdırma planının kreditorlar yığıncağı tərəfindən qəbulu haqqında məlumatlar;

ə) borc öhdəliyinin məbləği haqqında məlumat;

f) gələcək ödənişlərin vaxtında ödənilməsi, o cümlədən kreditorların tələblərinin təmin edilməsinin mümkünsüzlüyü barədə əsaslandırma;

g) borcluya məxsus əmlak, o cümlədən girovda, ipotekada, kirayədə, icarədə, lizinqdə olan əmlakı, banklarda və ya digər kredit təşkilatlarında, habelə saxlancda olan pul vəsaitləri, bank hesab nömrələri;

h) borclunun işin məhkəmədə baxılması üçün zəruri hesab etdiyi digər məlumatlar;

x) ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.";

3.2. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

"1-1. Bu maddənin 1-ci hissəsində göstərilən ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

a) dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

b) bu maddənin 1-ci hissəsinin ç) bəndində nəzərdə tutulan razılıqları təsdiq edən sənədlər;

c) borcları, icra müddəti başa çatmamış öhdəlikləri, habelə borclunun ödəmə qabiliyyətinin olmamasını təsdiq edən sənədlər;

ç) kreditorlar yığıncağında iştirak edən şəxslərin siyahısı;

d) kreditorlar yığıncağı tərəfindən qəbul edilmiş sağlamlaşdırma planı;

e) sağlamlaşdırma planının kreditorların yığıncağı tərəfindən qəbulunu təsdiq edən sənədlər;

ə) müvəqqəti əmlak inzibatçısı tərəfindən sağlamlaşdırma planının səmərəliliyini təsdiqləyən sənəd.";

3.3. 3-cü hissənin birinci cümləsində "layihəsinin" sözü "planının" sözü ilə əvəz edilsin;

3.4. 6-cı hissənin "c)" bəndində "əmlak" sözündən əvvəl "müvəqqəti" sözü əlavə edilsin;

3.5. 10-cu hissədə "Sağlamlaşdırma" sözü "Bu Qanunun 41-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sağlamlaşdırma" sözləri ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 41-1-ci və 41-2-ci maddələr əlavə edilsin:

"Maddə 41-1. Sağlamlaşdırma planı və onun təsdiq edilməsi qaydası

1. Borclunun sağlamlaşdırılması sağlamlaşdırma planına uyğun olaraq həyata keçirilir. Borclu sağlamlaşdırma planını borclu və kreditorlar arasında sağlamlaşdırma haqqında qərar qəbul edildiyi gündən üç ay müddətində tərtib etməlidir. Sağlamlaşdırma planının məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

2. Borclu tərtib etdiyi sağlamlaşdırma planını kreditorların yığıncağına təqdim etməlidir.

3. Sağlamlaşdırma planı və ona edilən dəyişikliklər kreditorların yığıncağının qərarı ilə bu maddənin 9-cu hissəsində müəyyən edilmiş qaydada qəbul edilir və məhkəmə tərəfindən təsdiq edilir.

4. Sağlamlaşdırma planının qəbul edilməsi ilə əlaqədar kreditorlar yığıncağında borcluya qarşı eyni tələbləri olan və tələblərin ödənilməsində bir-birinin qarşısında üstünlükləri olmayan kreditorlar qrupu, bu maddənin 9-cu hissəsinə uyğun olaraq, iştirak etməlidir. Kreditorlar qrupu kreditorların aşağıdakı bölgüsü nəzərə alınmaqla formalaşdırılır:

a) girov və ya ipoteka ilə təmin edilən öhdəliklər üzrə kreditorlar;

b) həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblər, habelə alimentlərin tutulması barəsində tələblər üzrə kreditorlar;

c) əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əməkhaqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi barədə tələblər üzrə kreditorlar;

ç) dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna və bələdiyyələrin büdcələrinə ödənişlər, kredit təşkilatlarının təminatsız borcları və onların faizləri üzrə kreditorlar;

Nadir Qafarzadə - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
"Əjdaha" müflisləşdiyini bəyan etdi

d) qanundan və ya müqavilədən irəli gələn tələblər üzrə digər təminatsız kreditorlar (o cümlədən mal, iş və xidmət müqavilələri üzrə təminatsız kreditorlar);

e) borclu hüquqi şəxsin təsisçiləri (iştirakçıları).

5. Sağlamlaşdırma planı hər bir kreditorlar qrupu daxilində səsvermə yolu ilə qəbul edilir. Kreditorlar qrupu daxilində sağlamlaşdırma planının səsvermə yolu ilə qəbulunda həmin qrupun kreditorlarının üçdə ikisindən artıq hissəsi iştirak etməlidir.

6. Sağlamlaşdırma planı hər bir təminatlı kreditorlar qrupu daxilində tələblərin məbləğinin üçdə ikisindən artıq hissəyə malik olan kreditorlar tərəfindən qəbul edilməlidir. Borclunun aidiyyəti şəxsləri olan təminatlı kreditorların tələbləri sağlamlaşdırma planının qəbul edilməsi ilə bağlı səsvermədə iştirak məqsədləri üçün nəzərə alınmır.

7. Sağlamlaşdırma planı eyni növdən olan təminatsız kreditorlar qrupu daxilində tələblərin məbləğinin 50 faizindən artıq hissəyə malik olan kreditorlar tərəfindən qəbul edilməlidir. Borclunun aidiyyəti şəxsləri olan təminatsız kreditorların tələbləri sağlamlaşdırma planının qəbul edilməsi ilə bağlı səsvermədə iştirak məqsədləri üçün nəzərə alınmır.

8. Təminatlı kreditorun tələbi əsasında, sağlamlaşdırma planına həmin təminatlı kreditorun girov və ya ipoteka hüququndan imtinası barədə şərt daxil edilir. Həmin kreditor girov və ya ipoteka hüququndan imtina etdiyi tələblərə münasibətdə təminatsız kreditor sayılır.

9. Hər bir kreditorlar qrupu özünün seçdiyi bir üzv vasitəsilə kreditorlar yığıncağının səsverməsində iştirak etməlidir. Kreditorlar qrupu bir kreditordan ibarət olduqda, həmin kreditor səsvermədə şəxsən iştirak etməlidir. Səsvermədə iştirak edən kreditorlar qrupu (üzvlər) bərabər hüquqa malikdir. Kreditorlar yığıncağının qərarı səsvermədə iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər qrupun bir üzvü bir səs hesab edilir. Səslər bərabər olduqda kreditorların yığıncağının sədrinin səsi həlledici hesab olunur. Sədr kreditorların yığıncağı tərəfindən seçilir.

10. Borclu müvəqqəti əmlak inzibatçısına kreditorların yığıncağının iclasından sonrakı gündən gec olmayaraq tərtib etdiyi və kreditorlar yığıncağı tərəfindən qəbul edilən sağlamlaşdırma planını təqdim etməlidir. Müvəqqəti əmlak inzibatçısı sağlamlaşdırma planının səmərəliliyini təsdiq etməlidir.

11. Borclu sağlamlaşdırma planını kreditorların yığıncağı tərəfindən qəbul edildiyi gündən 3 gün müddətində təsdiq üçün məhkəməyə təqdim etməlidir.

Maddə 41-2. Sağlamlaşdırma prosesinə başlanılmasının hüquqi nəticələri

1. Sağlamlaşdırma prosesinə başlanılması haqqında məhkəmənin qərarı qəbul edildiyi andan aşağıdakı hüquqi nəticələr yaranır:

a) əmlak inzibatçısının bu Qanunun 20-ci maddəsinin 4-cü hissəsində qeyd olunan hüquqları nəzərə alınmaqla, borclunun təsisçilərinə (iştirakçılarına), digər idarəetmə və nəzarət orqanlarına borcluya məxsus əmlakların istifadəsi və onların üzərində sərəncam verilməsi qadağan edilir;

b) borclunun bütün kreditorlarının, borclunun təsisçilərinin (iştirakçılarının), habelə digər idarəetmə və nəzarət orqanlarının üzvlərinin borcluya qarşı iddiaları üzrə məhkəmələrin qəbul etdiyi qərarların icrası dayandırılır;

c) borclunun bütün kreditorlarının, borclunun təsisçilərinin (iştirakçılarının), habelə digər idarəetmə və nəzarət orqanlarının üzvlərinin ərizəsi əsasında borcluya münasibətdə iflas haqqında işin qaldırılmasına yol verilmir;

d) borclunun bütün kreditorlarının tələbləri, o cümlədən mübahisəsiz (akseptsiz) qaydada ödənilməli olan tələblər üzrə borclunun bank hesablarından pulların çıxarılmasına, habelə tələblərin borclunun əmlakına yönəldilməsinə yol verilmir.

2. Təminatlı kreditorun (kreditorların) girov (ipoteka) predmetinin məhv olmasına gətirib çıxara bilən hallar olduğu təqdirdə və ya bu Qanunun 41-1-ci maddəsinin 9-cu hissəsinə uyğun olaraq həmin girov (ipoteka) predmeti sağlamlaşdırma planına daxil edilmədikdə, borclunun və ya kreditorun (kreditorların) ərizəsinə əsasən məhkəmə həmin tələblərlə bağlı bu maddənin 1-ci hissəsində nəzərdə tutulan müvafiq hüquqi nəticələrin aradan qaldırılması haqqında qərar qəbul edə bilər.

3. Məhkəmə bu maddənin 2-ci hissəsində nəzərdə tutulan ərizəyə məhkəməyə daxil olduğu tarixdən on iş günü müddətində baxır və onun təmin edilməsi, yaxud rədd edilməsi barədə qərar qəbul edir.

4. Bu maddənin 1-ci hissəsində göstərilən hüquqi nəticələr sağlamlaşdırma müddəti ərzində qüvvədə olur, bu şərtlə ki, məhkəmənin qərarı ilə həmin hüquqi nəticələr aradan qaldırılmamış olsun.".

5. 47-ci maddənin 1-ci hissəsində "Təminatlı" sözü "Bu Qanunun 41-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, təminatlı" sözləri ilə əvəz edilsin.

6. 48-ci maddə üzrə:

6.1. 1-ci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Kreditorlar yığıncağında eyni tələblər üzrə kreditorlar qrupu formalaşdırıldıqda, hər bir qrupdan, bu Qanunun 41-1-ci maddəsinin 9-cu hissəsinə uyğun olaraq, üzv iştirak edir.";

6.2. 5-ci hissənin "b" bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda "c" bəndi əlavə edilsin:

"c) sağlamlaşdırma planının qəbul edilməsi halında, bu Qanunun 41-1-ci maddəsinin 9-cu hissəsi ilə müəyyən edilmiş qaydada sadə səs çoxluğu.";

6.3. 6-cı hissədə "Əgər" sözü "Bu Qanunun 41-1-ci maddəsinin 9-cu hissəsində nəzərdə tutulan hal istisna olmaqla, əgər" sözləri ilə əvəz edilsin.

7. 55-ci maddə üzrə:

7.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

"Aşağıdakı hallarda əmlak inzibatçısı borclunun bağladığı əqdlərin mübahisələndirilməsi üçün məhkəməyə müraciət edə bilər:";

7.2. b) bəndi aşağıdakı redaksiyada verilsin:

"b) borclunun iflas prosesinə başlanması məqamından əvvəlki 6 ay ərzində bir kreditoru digər kreditorlara münasibətdə ödənişlərin növbəliliyində üstün vəziyyətə gətirəcək əqdlər bağlandıqda;".

Xəbər lenti
0