Moskva “ölümdən” döndü: Böyük terrorun qarşısı alınıb

© Photo : ФСБ РФФСБ предотвратила теракты в Москве
ФСБ предотвратила теракты в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Onlardan İŞİD-in təbliğatına dair materiallar götürülüb və faktla bağlı cinayət işi açılıb

BAKI, 27 aprel — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) İŞİD-in Moskvada terror planlaşdıran 4 üzvünü həbs edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, qrup üzvləri Novıy Urenqoy şəhərindən gəlib və Moskva ərazisində rezonanslı terror aktları reallaşdırmağı planlaşdırıb.

Məlumata görə, ekstremistlər Suriyadan Teleqram mesenceri vasitəsilə koordinasiya edilirlərmiş.

Federal Təhlükəsizlik Xidməti faktla bağlı Novıy Uronqoyda profilaktik tədbirlər həyata keçirib. 17 axtarış aparılıb, 20 nəfər həbs edilib. Onlardan İŞİD-in təbliğatına dair materiallar götürülüb və faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti
0