BAKI, 27 aprel — Sputnik. Çində məktəblərin birində dəhşətli hadisə baş verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, məktəbə daxil olan bıçaqlı şəxs 7 uşağı öldürüb, 19 nəfəri yaralayıb.
Məlumata görə, hadisə Yuylin dairəsinin Şensi əyalətində baş verib. Naməlum şəxs məktəbdən çıxıb, evə gedən uşaqlara hücum edib.
Cinayətkar hadisə yerindən qaçmağa cəhd etsə də, olay yerinə çatan polislər tərəfindən həbs olunub. Hazırda polislər onun insanlığa sığmayan davranışının motivlərini öyrənməyə çalışırlar.
Yaralı uşaqların bir neçəsinin vəziyyəti son dərəcə ağırdır. Həkimlər onların həyatı uğrunda mübarizə aparırlar.