Lalə Hüseynova özünün portret işləri ilə məşhurdur. Bir fotoqrafın ən önəmli tərəfi emosiyaları ötürmək bacarığıdır. Bu isə Lalə Hüseynovada əla alınır. Onun çəkdiyi parlaq portretlər qəhrəmanlarının hiss, xarakter və əhval-ruhiyyəsini bütünlüklə çatdıra bilir.
Lalənin modelləri tez-tez Rus Dram Teatrının aktyorları olur. Çünki o, teatrın ştatlı fotoqrafıdır. Onun hər bir çəkilişi bütöv bir tamaşanı xatırladır. Çünki model orada mərkəzi personajı ifadə edir. Yalnız məhz bu cür əsl insan hiss və emosyalarını açmaq və onları şəkillərə köçürmək mümkündür. Hüseynovanın işləri sanki deyir: öz hisslərini açıqlamağa dəymir, özün olmalı və öz instinktlərini izləməlisən.
Sputnik Azərbaycan xəbər verir ki, Art Tower qalerayası hamı üçün açıqdır və aprelin 28-dək keçiriləcək.