BAKI, 27 aprel — Sputnik. ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun binasının qarşısında naməlum şəxs özünü yandırmağa cəhd edib.
Sputnik Azərbaycan "CNNTürk"ə istinadla xəbər verir ki, İstanbulun Sarıyeri rayon polisi adı açıqlanmayan şəxsin özünü yandırmasının qarşısını alıb. Polis əməkdaşları intihara imkan verməyiblər.
Özünü yandırmaq istəyən şəxs "Fətullah Güləni gətirsinlər (FETÖ-nün rəhbəri Fətullah Gülən). Mənim qardaşım Ogün həbsxanasındadır. Özümü yandıracağam" qışqırırmış.
Hadisə ilə bağlı istintaq aparılır.