BAKI, 27 aprel — Sputnik. Sumqayıt şəhərində gənc qadın 5-ci mərtəbədən yıxılıb.
Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Sülh küçəsində qeydə alınıb.
Şəhər sakini, 1991-ci il təvəllüdlü Nərgiz Cənnət qızı Qasımova yaşayış binasının 5-ci mərtəbəsindən yerə çırpılıb.
Yaralı ağır vəziyyətdə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.