Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qonaqlarımızla bağlı maraqlı xəbər

© Sputnik / Murad OrujovМолодая пара любуется видом на вечерний Баку
Молодая пара любуется видом на вечерний Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilən gecələmələrin sayı 439,8 min təşkil edib ki, bu da ümumi gecələmələrin 75,1 faizini təşkil edir

BAKI, 27 aprel — Sputnik. 2018-ci ilin birinci rübündə ölkə üzrə mehmanxanalarda 586,0 min gecələmə qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bakıda turistlər - Sputnik Azərbaycan
Mayda Bakıya Rusiyadan turist axını olacaq

Bildirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,0 faiz çoxdur: "Gecələmələrin 58,0 faizi Bakıda, 9,7 faizi Qəbələdə, 8,6 faizi Qusarda, 4,8 faizi Naftalanda, 3,8 faizi Naxçıvan Muxtar Respublikasında, 3,7 faizi Qubada, 1,0 faizi Gəncədə, hər birində 0,8 faiz olmaqla Lənkəranda və Masallıda, hər birində 0,5 faiz olmaqla Tovuzda və Qazaxda, 7,8 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb".

Qeyd olunub ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilən gecələmələrin sayı 439,8 min təşkil edib ki, bu da ümumi gecələmələrin 75,1 faizini təşkil edir: "Gecələmələrin 18,3 faizi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları, 14,0 faizi Rusiya Federasiyası vətəndaşları, 9,4 faizi İran vətəndaşları, 4,9 faizi Türkiyə vətəndaşları, 4,4 faizi ABŞ vətəndaşları, 3,7 faizi Qətər vətəndaşları, 3,3 faizi Böyük Britaniya vətəndaşları, 3,1 faizi Küveyt vətəndaşları, 1,6 faizi Ukrayna vətəndaşları, 1,5 faizi Almaniya vətəndaşları, 0,8 faizi İtaliya vətəndaşları, 0,7 faizi Gürcüstan vətəndaşları, 34,3 faizi digər ölkələrin vətəndaşlarının payına düşüb".

"Cari ilin birinci rübündə mehmanxanaların gəlirləri 73,1 milyon manat olub. Bunun da 64,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,5 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 4,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 7,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib" — deyə Komitədən vurğulanıb.

Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 20,0 faiz təşkil edib. Bu göstərici Naftalanda 52,0 faiz, Bakıda 32,1 faiz, Qusarda 24,2 faiz, Qəbələdə 22,9 faiz, Qubada 21,7 faiz, Naxçıvan Muxtar Respublikasında 9,1 faiz, Lənkəranda 7,6 faiz, Şəkidə 6,5 faiz, Şamaxıda 4,2 faiz, Gəncədə 2,8 faiz, Qaxda 2,5 faiz, digər şəhər və rayonlarda isə 2,5 faizdən aşağı olub.

Xəbər lenti
0