Formula 1-dən ilk üzücü xəbər gəldi

© REUTERS / David MdzinarishviliПилот Red Bull Racing Макс Ферстаппен
Пилот Red Bull Racing Макс Ферстаппен - Sputnik Azərbaycan
Abunə olmaq
Bu zaman boliddə texniki problem yaranıb və pilot sərbəst yürüşü dayandırmalı olub

Bakı, 27 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün ölkəmizdə 3-cü dəfə keçirilən Formula 1 üzrə Azərbaycan Gran-prisinə artıq start verilib. Sputnik Azərbaycan xəbər verir ki, 2018 Formula 1 Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşündə "Red Bull Racing" komandasının pilotu Maks Ferstappen qəza törədib.

Sərbəst yürüş zamanı niderlandlı pilot dönmə hərəkəti edərkən yolu səhv salıb, sol tərəfə çevirmək istəyən zaman idarəetməni itirərək bolidini baryerə çırpıb. Bu zaman boliddə texniki problem yaranıb və pilot sərbəst yürüşü dayandırmalı olub. Marşallar dərhal müdaxilə edərək pilotu təxliyə ediblər.

Qeyd edək ki, Maks Ferstappen sərbəst yürüşdə qəza törədənə qədər 2-ci yerdə qərarlaşmışdı.

Xəbər lenti
0