Ermənistan müxalifəti Gümrüyə yürüşə başladı

© Sputnik / Armenuhi MkhoyanШествие протестующих на площади Вардананц (26 апреля 2018). Гюмри
Шествие протестующих на площади Вардананц (26 апреля 2018). Гюмри - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtın çıxışında müxalifət tərəfdaşları dayanaraq "Nikol" adını səsləndirir

BAKI, 27 aprel — Sputnik. Erməni müxalif qüvvələri İrəvandan Gümrüyə qədər avtoyürüşə başlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hərəkata Nikol Paşinyan liderlik edir. Yürüş iki gün davam edəcək və ölkənin ikinci böyük yaşayış məntəqəsi olan Gümrü şəhərində mitinqlə başa çatacaq.

Məlumata görə, paytaxtın çıxışında müxalifət tərəfdaşları dayanaraq "Nikol" adını səsləndirir.

Xatırladaq ki, aprelin 23-də kütləvi aksiyalardan sonra Ermənistan baş naziri Serj Sarqsyan istefa verib. Müxalif qüvvələr onu uğursuz idarəçilikdə günahlandırıb.

Bundan sonra Nikol Paşinyan ölkəni idarə etmək istəyini dilə gətirib. Hərəkatın lideri onu seçməyəcəkləri təqdirdə hökumət əleyhinə çıxışlarına davam edəcəyini deyib.

Xəbər lenti
0