BAKI, 27 aprel — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının iclasında ölkənin 11-ci prezidenti olmuş Abdullah Gülün builki seçkilərdən yenidən namizəd olması ilə bağlı yayılan xəbərə münasibət bildirib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla bildirir ki, Ərdoğan tərəfdarlarını hər şeyə hazır olmağa çağırıb.
"Abdullah Gülün namizəd olacağı məsələsinə pis oldum. Siz polemikaya girməyin, öz işinizlə məşğul olun. Hər işdə bir xeyir var, narahat olmayın. Bizdən də bəzilərini aldada bilərlər. Bu layihənin içərisində kimlərin olduğunu bilirəm. Nə etməyə çalışdıqlarını da bilirəm. Biz işimizlə məşğul olaq", — deyə Ərdoğan bildirib.
Qeyd edək ki, bu il iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.