CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bacı və qardaş dərmandan zəhərləndilər

© Sputnik / Rahim MuradovLənkəran şəhərində təcili yardım avtomobili, arxiv şəkli
Lənkəran şəhərində təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hər iki azyaşlını valideynləri xəstəxanaya çatdırıblar

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 27 aprel — Sputnik. Lənkəran rayonunun Mamusta kəndində azyaşlı bacı və qardaş zəhərlənib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, valideyn nəzarətindən yayınan azyaşlı Hüseyn Fərəcov və bacısı Arifə Fərəcova stolun üzərində olan “Valerian” ürək dərmanını götürərək qəbul ediblər. Balacalar valideynləri tərəfindən dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. H.Fərəcov və A.Fərəcovaya tibbi yardım göstərildikdən sonra hər iki azyaşlı ambulator müalicə almaqdan ötrü evə buraxılıblar.

Xəbər lenti
0