CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda nadir tapıntı etdilər, amma qorxudan yerini demirlər

© Photo : Arxeologiya və Etnoqrafiya İnstitutunun mətbuat xidmətiQazax-Gəncə bölgəsində yerləşən dağıdılmış qəbiristanlıqlardan tapılmış bəzək əşyaları
Qazax-Gəncə bölgəsində yerləşən dağıdılmış qəbiristanlıqlardan tapılmış bəzək əşyaları - Sputnik Azərbaycan
Abunə olmaq
Məzarlıq məhv edildiğindən, sümüklər bölgənin ətrafına dağılıb

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 27 aprel — Sputnik. Arxeoloqlar tam təsadüfən Qazax-Gəncə bölgəsində yerləşən dağıdılmış qəbiristanlıqlardan birində qızıl və bürünc bəzək əşyaları aşkarlayıblar. Bunu Sputnik Azərbaycan-a AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Nəcəf Müseyibli bildirib.

Зампредседатель Национального совета телевидения и радио (НСТР) Гафар Джабиев - Sputnik Azərbaycan
Azərbaycanda arxeoloqlar növbəti “ilk”ə imza atdı

O, deyib ki, bu yaxınlarda Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonlarındakı tarixi abidələri öyrənmək üçün respublikanın qərb regionuna ekspedisiya təşkil ediblər.

"Biz orada işləyəndə gördük ki, qəbirlərdən biri dağıdılıb. Bunun səbəbi təbii amillər də ola bilərdi, antropogen müdaxilə də. Görünür, buradan dəfələrlə heyvan sürüləri keçib və buna görə hər şey torpağa qarışıb" – deyə arxeoloq bildirib.

Mütəxəssislər qəbirləri öyrənməyə başlayarkən, orada zərgərlik məmulatları və keramik qab hissələri aşkarlayıblar. Onların sayəsində qəbirlərin yaşını müəyyən etmək mümkün olub. Onlar eramızdan əvvəl birinci minilliyin birinci yarısına aiddir (2700-3000 il).

© Photo : Arxeologiya və Etnoqrafiya İnstitutunun mətbuat xidmətiQazax-Gəncə bölgəsində yerləşən dağıdılmış qəbiristanlıqlardan tapılmış bəzək əşyaları
Qazax-Gəncə bölgəsində yerləşən dağıdılmış qəbiristanlıqlardan tapılmış bəzək əşyaları - Sputnik Azərbaycan
Qazax-Gəncə bölgəsində yerləşən dağıdılmış qəbiristanlıqlardan tapılmış bəzək əşyaları

Məzarlıq məhv edildiğindən, sümüklər bölgənin ətrafına dağılıb.

Müseyiblinin sözlərinə görə, onların zinət əşyaları tapdıqları məzar yeganə məzar deyil. Ətrafda daha bir neçə məzar da var.

Həmin dövrlərdə Azərbaycan ərazilərində Xocalı-Gədəbəy mədəniyyəti mövcud olub. 

Qobustan qayalıqları - Sputnik Azərbaycan
Arxeoloqların Qobustanda sensasiyalı tapıntısı
Bu, Şərqi və Mərkəzi Zaqafqaziya arxeologiya mədəniyyətinin son tunc dövrü və erkən dəmir dövrünü (e.ə. XIII—VII əsrlər) əhatə edir. Həmin dövrlərdə sözügedən ərazilərdə ilk dövlət qurulmağa başlayıb. Cəmiyyətdə sosial münasibətlərin təşəkkül tapma prosesləri gedib və tapılan bəzək əşyaları da onların sahiblərinin yüksək mənsəbə aid olduğunu göstərir.

Bu tapıntının digər vacib tərəflərindən biri də odur ki, indiyə qədər Xocalı-Gədəbəy mədəniyyətinə aid bu qədər qızıl-zinət əşyaları tapılmamışdı. Oradan ümumilikdə 52 ədəd zərgərlik məmulatı – sırğalar, üzüklər, iki medalyon, boyunbağı və yarpaq şəklində muncuqlar aşkarlanıb.

Arxeoloqlar dəfinə axtaranlardan qorxduqları üçün qazıntıların aparıldığı yeri dəqiq nişan vermirlər. Sadəcə bildiriblər ki, bu məlumatlar yalnız institutun hesabatında əks olunacaq.

Xəbər lenti
0