Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sona Vəliyeva: "Aprel şəhidləri Allah tərəfindən seçiliblər"

© Photo : APA"Aprel şəkilləri" sənədli filminin təqdimatı
Aprel şəkilləri sənədli filminin təqdimatı - Sputnik Azərbaycan
Abunə olmaq
Filmdə aprel döyüşlərində şəhid olan və pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovdan bəhs edilir

BAKI, 27 aprel — Sputnik. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Bitməyən müharibənin qəhrəmanları" silsiləsindən "Aprel şəkilləri" sənədli filminin təqdimatı olub. Sputnik Azərbaycan-ın məlumatına görə, film Mətbuat Şurası və "Veysəloğlu" Şirkətlər Qrupunun dəstəyi ilə hazırlanıb.

Şabrandakı küçələrdən birinə aprel döyüşlərində şəhid olan kiçik gizir Babək Abidovun adı verilib - Sputnik Azərbaycan
Aprel şəhidinin adına küçə verildi

Bakıda və Kürdəmir rayonunda çəkilən filmdə aprel döyüşlərində şəhid olan və "Azərbaycan bayrağı" ordeni ilə təltif edilən pilotlar — mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovdan bəhs edilir.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov aprel döyüşlərinin tarixi əhəmiyyətindən bəhs edərək, bu döyüşlərin Azərbaycan xalqının qələbə inamının özünə qayıtmasında böyük rol oynadığını, erməni işğalçılarının üzərində böyük hərbi, psixoloji qələbə olduğunu bildirdi: "Bundan sonra da "Bitməyən müharibənin qəhrəmanları" silsiləsindən 3 sənədli film çəkiləcək. "Aprel şəkilləri" sənədli filmi bu silsilədən birinci filmdir. Növbəti film aprel döyüşlərində şəhid olan və "İgidliyə görə" medalı ilə təltif edilən polkovnik-leytenant Raquf Orucova həsr ediləcək "Briqada komandiri" sənədli filmi olacaq".

Filmin nümayişindən sonra çıxış edən Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva aprel şəhidlərinin xalqımız üçün qürur qaynağı olduğunu qeyd etdi: "Bu döyüşlərdə şəhid olan oğullarımız Allah tərəfindən seçiliblər. Aprel döyüşləri zamanı dövlət və xalqın birliyi bir daha ortaya qoyuldu".

Qeyd edək ki, təqdimat mərasimində şəhid pilotların ailə üzvləri, millət vəkilləri, KİV rəhbərləri iştirak ediblər.

Xəbər lenti
0