BAKI, 26 aprel — Sputnik. Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü olub.
© Official website of President of Azerbaijan RepublicAzərbaycan prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri xanım Tereza Meyin görüşü, London, 26 aprel 2018-ci il
Azərbaycan prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri xanım Tereza Meyin görüşü, London, 26 aprel 2018-ci il
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti xəbər verir.
Prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "BP Exploration (Azerbaijan) Limited" şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri aprelin 26-da başa çatıb.