BAKI, 26 aprel — Sputnik. Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı (Devlet Bahçeli) millət vəkilliyinə namizədliyini irəli sürüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, iyunun 24-də keçiriləcək seçkilərdə iştirak etmək üçün ilk müraciət edən partiya sədridir.
"Seçkiyə hazırlaşırıq. Bəzi yerlərdə mitinqlər, bəzi yerlərdə iclaslar keçirəcəyik" – deyə Baxçalı jurnalistlərə açıqlamasında bildirib.
Daha sonra o qeyd edib ki, Milliyətçi Hərakat Partiyası bu seçkiyə çox böyük əhəmiyyət verir: "Prezident üsul-idarəsinin ölkəmiz üçün çox faydalı olduğunu düşünürəm. İnşallah, nəticələr xeyirli olar".