Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şirkətin "maliyyə keşikçisi" ölüm-dirim mübarizəsi aparıb - Bakıda silahlı basqın

CC0 / MarleneBitzer / BusinessmanМужчина с портфелем, фото из архива
Мужчина с портфелем, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Turizm firmasının əməkdaşına hücum: O, yaralansa da, pulları əldən verməyib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. Son zamanlar paytaxtda quldur hücumlarının sayı artmağa başlayıb. Növbəti belə hal Yasamal rayonu ərazisində baş verib. Hücum nəticəsində tanınmış turizm firmasının xəzinədarı bir neçə yerindən bıçaq yarası alıb.

Пистолет на поясе полицейского, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda polisə silahlı müqavimət göstərən cani güllələnib

Bu barədə Sputnik Azərbaycan-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib. Cinayət aprelin 25-də axşam saat 20:00 radələrində rayon ərazisində qeydə alınıb. Naxçıvani küçəsindəki 15 saylı binanın yaxınlığında "ZD Travel" turizm firmasının əməkdaşı, 1989-cu il təvəllüdlü Namazov Tərxan Süleyman oğluna naməlum kişi hücum edib.

Cinayətkar Namazova 10-dan artıq bıçaq zərbəsi vuraraq gizlənib. Bəzi məlumatlara görə, cinayətkar üzünü maska altında gizlədib.

Bu arada hücumun təfərrüatı məlum olub. Belə ki, pul vəsaitlərinin qorunmasına məsul olan Namazov hər gün axşam saat 8 radələrində əlində pul çantası ilə işdən çıxırmış. Bu dəfə də çantada Namazovun adətən baş ofisə apardığı pullar varmış. Həmin gün çantada 25 min dollar pul olub.

Namazov işdən çıxıb və bir neçə addım atandan sonra ona sifətini "kapişonla" örtən şəxs hücum edib. Quldur Namazovun əlindən çantanı almaq istəsə də, turizm firmasının əməkdaşı ona müqavimət göstərib. Hətta çoxsaylı bıçaq yaraları belə Namazovu pul çantasından əl çəkməyə təhrik edə bilməyib.

Küçədəki hay-küy və qışqırıq səsləri ətrafdakı adamların diqqətini çəkib və cinayətkar bu səbəbdən qaçıb gizlənməli olub. Onun pul uğrunda turizm firmasının əməkdaşı ilə apardığı mübarizə nəticəsiz qalıb. Zərərçəkmiş xəstəxanaya aparılıb. Namazovun vəziyyəti ağır qiymətləndirilir.

Hazırda faktla bağlı heç kəs saxlanılmayıb. Lakin yaxınlıqda quraşdırılmış müşahidə kamerası hücumu qeydə alıb. Hazırda hücum faktı ilə bağlı məsələ Yasamal Rayon Prokurorluğunda araşdırılır. Ehtimala görə, hücum edən şəxs firmanın əməkdaşının hərəkət qrafikini izləyirmiş.

Polis qeyd edib ki, son zamanlar şəhərdə quldurluq faktlarının sayı artıb.

Xəbər lenti
0