CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı sakinlərinə xəbərdarlıq edilir

© Sputnik / Murad OrujovBakı Heydər Əliyev prospekti
Bakı Heydər Əliyev prospekti - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılacaq

BAKI, 26 aprel — Sputnik. Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Heydər Əliyev prospektinin "Böyük Şor" yol qovşağından Xətai prospekti ilə kəsişməsinədək olan hissəsində hər iki istiqamət üzrə əsas yol boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 26-dan 27-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məhdudlaşdırma səhər saatlarınadək bir neçə saatlıq qüvvədə olacaq. Sürücülərdən qeyd olunan saatlarda alternativ olaraq prospektin yan yollarından istifadə etmələri xahiş olunur.

Xəbər lenti
0