CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda bağçada insident: Uşaq döyülüb, yoxsa yıxılıb?

© Sputnik / Nikolay Khizhnyak / Mediabanka keçidДетский сад, фото из архива
Детский сад, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaq bağçasının nümayəndəsinin sözlərinə görə, məsələni aydınlaşdırmaq üçün uşağın anasını bağçaya dəvət ediblər

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. Bakıda valideynlər polisə uşaq bağçasında qızlarının döyüldüyü barədə şikayət ərizəsi veriblər. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından bildiriblər.

Əldə etdiyimiz məlumata görə, şəhər sakini Aysel Planova Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə 3-cü mikrorayon ərazisində yerləşən 16 saylı uşaq bağçasının tərbiyəçisindən şikayət edib. Qadın bildirib ki, aprelin 19-da uşağını bağçadan götürərkən onun gözünün altının göyərdiyini görüb. Valideyn bununla bağlı beş yaşlı qızı Dənizin tərbiyəçisi Q.A.-dan şikayətçidir.

İmişlinin Məzrəli kəndindəki uşaq bağçası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Elmira Süleymanovadan uşaq bağçaları ilə bağlı radikal təklif

Sputnik Azərbaycan-ın əməkdaşı bu insidentlə bağlı 16 saylı uşaq bağçasının direktoru Yeganə Kərimovaya zəng edib. Telefona onun əvəzindən bağçanın başqa əməkdaşı cavab verib və bildirib ki, Kərimovanın köməkçisidir.

Telefona cavab verən şəxsin sözlərinə görə, insident artıq çoxdan yoluna qoyulub. Valideynlər polisə verdikləri şikayət ərizəsini geri götürüblər. Qeyd etmək lazımdır ki, şikayət aprelin 23-də verilib.

Uşaq bağçasının nümayəndəsinin sözlərinə görə, məsələni aydınlaşdırmaq üçün uşağın anasını bağçaya dəvət ediblər. Uşaq anasını aldadıb və məlum olub ki, o, yıxılarkən zədə alıb.

"Qız özü deyib ki, "ana, mən səni aldatmışam, özüm yıxılmışam". O uşaq çox dəcəldir, bir dəqiqə bir yerdə dura bilmir" — deyə tərbiyə müəssisəsinin nümayəndəsi zədə almış uşağı xarakterizə edib.

Uşaq bağçasında qeyd ediblər ki, uşağın döyülməsi ilə bağlı heç bir sübut yoxdur. Çünki bağça köhnə tiplidir və orada müşahidə kameraları quraşdırılmayıb.

Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda uşaq bağçasında yanğın oldu

Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu yaxınlarda insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova uşaq bağçalarının Təhsil Nazirliyinin tabeçiliyinə verilməsi təşəbbüsü ilə çıxış edib.

Bu təşəbbüsü təhsil sahəsinin eksperti Kamran Əsədov da dəstəkləyib. Onun sözlərinə görə, nə qədər ki, uşaq bağçaları yerli icra hakimiyyətlərinə tabedir, valideynlər bütün günü uşaqlarla bağlı qapılar arxasında məşğul olan tərbiyəçilərə hansı strukturların nəzarət etməli olduğunu, həmçinin onlardan kimə şikayət etmək lazım gəldiyini bilmirlər. Odur ki, uşaq bağçaları tərbiyə müəssisələri olaraq Təhsil Nazirliyinin balansına verilməlidir.  

Xəbər lenti
0