BAKI, 26 aprel — Sputnik. Avropa Mərkəzi Bankının aprel ayı üçün iclası başa çatıb. İclasda uçot dərəcəsinin hazırkı — 0% səviyyəsində saxlanılması barədə qərar qəbul olunub.
Sputnik Azərbaycan xəbər verir ki, Mərkəzi Bank pul siyasəti faizini (uçot dərəcəsini) 0,00%-də, depozit faizini mənfi 0.40%-də, marjinal maliyyələşmə faizini isə 0.25%-də saxlayıb.
Gözlənildiyi kimi, aktiv alış proqramında da dəyişikliyə getməyib.
Qeyd edək ki, qurumun bu ilin yanvar ayında keçirilmiş iclasında ECB monetar stimullaşdırmanın məbləğini 2 dəfə azaldaraq 60 mlrd. avrodan 30 mlrd. avroya endirib və müddətini bu ilin sentyabr ayına qədər uzadıb.
Qərardan sonra avro cüzi bahalaşıb, dollar ucuzlaşıb.