BAKI, 25 aprel — Sputnik. Qırmızı işıqda piyada keçidini keçən piyadaları dayandırmaq üçün Çinin Xuanşi şəhərində maraqlı bir üsul kəşf edilib. Sputnik Azərbaycan xəbər verir ki, yerli hakimiyyət orqanının piyada keçidlərinə yerləşdirdiyi qurğu piyadalara yolu qırmızı işıqda keçməyə mane olur. Belə ki, həmin qurğu qırmızı işıq yananda yolu keçməyə cəhd edən sərnişinin üzərinə su çiləyir.
Balaca sarı qurğuların üzərində qırmızı işıq və yaşıl ox işarəsi var. Qurğu piyadalara yaşıl işıqda keçməyə icazə verir, qırmızı işıqda isə onların üzərinə +26 dərəcə temperaturu olan suyu səpələyir.
Şəhər sakinləri insanların çox olduğu keçidlərdə belə qurğuların quraşdırılmasını zəruri sayır. Onların fikrincə, ehtiyatsız piyadalarla başqa cür mübarizə aparmaq çox çətindir. Bu sistemin qurulmasından sonra isə yol hərəkəti qaydalarını pozan piyadaların sayı nəzərəçarpacaq dərəcədə azalıb.
"Yaş polis" adlandırılan bu qurğuların quraşdırılmasına 207 min dollar sərf olunub.
Çin qanunlarına görə, keçidləri qırmızı işıqda keçən piyadalar 7 ABŞ dolları dəyərində cərimə edilir.