Peskovdan Ermənistan açıqlaması: “Hadisələr bir-birinə bənzəmir”

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidPeskov
Peskov - Sputnik Azərbaycan
Abunə olmaq
"Ümid edirik ki, sabitlik qorunur və yaxın gələcəkdə siyasi uyğunlaşma bərqərar olacaq"

BAKI, 25 aprel — Sputnik. Rusiyadan Ermənistandakı vəziyyətin 2014-cü ildə Ukraynada yaranan vəziyyətlə müqayisə edilməsinə cavab gəlib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dimitri Peskov Ermənistandakı hazırkı vəziyyətin sabitliyi pozmadığını gördüklərini və bunu məmnuniyyətlə qarşıladıqlarını bildirib: "Ümid edirik ki, sabitlik qorunur və yaxın gələcəkdə siyasi uyğunlaşma bərqərar olacaq".

Ermənistanda hərbçilərin də küçələrə çıxdığı aksiyanın çevriliş olub-olmaması sualına cavab verən Peskov, bu aksiyanın 2014-cü ildə Ukraynada rəhbərliyin devrildiyi hadisələrə bənzəmədiyini deyib.

Xatırladaq ki, 2014-cü ildə Ukraynada başlayan etiraz aksiyaları prezidenti Viktor Yanukoviçin ölkədən qaçmasına səbəb olmuş, Ukrayna vətəndaş müharibəsinə sürüklənmişdi.

Xəbər lenti
0