BAKI, 25 aprel — Sputnik. Azərbaycan paytaxtının üzərində çox sıx, qara rəngli buludlar formalaşıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu qorxunc mənzərəni Əhmədli və Günəşli istiqamətindən daha yaxşı görmək olur.
© FacebookPaytaxtın üzərində qəribə buludlar
Paytaxtın üzərində qəribə buludlar
© Facebook
Buludlar çox aşağıdadırlar və dağ formasındadırlar. Onlar, əsasən, şəhərin mərkəzi üzərindədir, lakin hərəkət edirlər. Artıq sosial şəbəkədə bu mənzərənin şəkilləri yayılıb. Bəzi istifadəçilər bunun palçıq vulkanının püskürməsinin nəticəsi ola biləcəyini deyirlər.