Məşhur müğənni 10 yaşında zorlandığını etiraf edib

© Photo : Mike Coppola | Getty ImagesŞaina Tvain
Şaina Tvain - Sputnik Azərbaycan
Abunə olmaq
"Öz-özümə ögey atamın normal insan olmadığını, ona görə başıma bu hadisənin gəldiyini deyərək, özümü inandırırdım"

BAKI, 25 aprel — Sputnik. Qadınlar ötən il başlayan "MeToo" layihəsi çərçivəsində başlarına gələn təcavüzləri danışaraq, bu məsələyə diqqət çəkməyə çalışıblar. Növbəti belə açıqlama ilə məşhur kanadalı müğənni Şaina Tvain çıxış edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 52 yaşlı Tvain açıqlamasında bildirib ki, illər öncə ögey atası tərəfindən təcavüzə məruz qalıb. Bu hadisə 10 yaşında ikən başına gəlib.

"Bu gün bu haqda açıqlama verməkdən qorxmuram. Çünki artıq insanlar belə bir vəziyyətdən necə çıxacaqlarını anlayırlar. O yaşda aldığım travmanı unutmaq asan olmayıb. Öz-özümə ögey atamın normal insan olmadığını, ona görə başıma bu hadisənin gəldiyini düşünərək özümü inandırırdım", – deyə ifaçı əlavə edib.

Xəbər lenti
0