Dünyanın ən varlı terror təşkilatı məlum oldu

© REUTERS / Dado Ruvic/IllustrationİŞİD
İŞİD - Sputnik Azərbaycan
Abunə olmaq
İŞİD yaxın Şərqdəki bir çox ölkədə, eləcə də Türkiyədə sərmayə yatırımı edib

BAKI, 25 aprel — Sputnik. İŞİD dünyanın ən zəngin terror təşkilatı elan edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, İŞİD Avropa biznesinə qanuni şəkildə investisiya qoyan müvəffəqiyyətli investisiya fonduna malik imiş.

Bu barədə Fransanın "Avropa 1" radiostansiyası respublikanın kəşfiyyat mənbələrinə istinadən məlumat verib.

Məlumata görə, İŞİD bəşər tarixində ən zəngin terrorçu qrupdur, o, qanuni şəkildə Avropa biznesinə yatırılan üç milyard avro dəyərində aktivlərə sahibdir. "Avropa 1" qeyd edir ki, belə bir məbləğə İŞİD Fransanın hava daşıyıcısı — Air France şirkətini satın ala bilər. 

Ситуация на месте взрыва в столице Афганистана Кабуле, 22 апреля 2018 года - Sputnik Azərbaycan
İŞİD Kabili qana boyadı: Partlayışda xeyli ölən var

Nəşrin qaynaqları iddia edir ki, İŞİD-in belə bir sərvətə malik olması İraq və Suriya ərazisində neft yataqlarına nəzarət etməsi ilə əlaqədardır. İŞİD ildə 100 milyon dollar gəlir əldə edə bilirmiş. İŞİD-in ikinci gəlir mənbəyi isə əkinçilikdir.

Təşkilat üzvləri bu pulun bir hissəsini nəzarətlərində olan ərazilərdə baş tutan istənilən razılaşmanın 10 faizi kimi, qısa saqqala, siqaret çəkməyə və ya qadınların üzünün yetərli qədər örtülü olmamasına görə aldıqları pullar hesabına toplayıb.

Fransanın "Le Monde" qəzetinin xəbərinə görə, pulun bir hissəsi balıqçılığa, yəni İraqda sazan yetişdirilməsinə qoyulub. İŞİD yaxın Şərqdəki bir çox ölkədə, eləcə də Türkiyədə sərmayə yatırımı edib.

Bundan əlavə, İŞİD-in pul toplamaq yollarından biri də terroristlərin tərəfdarlarının çoxsaylı hədiyyələridir. Dekabr ayında amerikalı qadın terrorçulara bitkoin təhvil verməyə çalışdığı zaman ələ keçib.

Xəbər lenti
0