BAKI, 25 aprel — Sputnik. Bu gün dünyada ilk dəfə avtomobil nömrəsinin verildiyi gündür.
Avtomobil nömrəsi adətən maşının arxa və ön hissələrində işığı əks etdirən metal və ya plastik lövhənin üzərinə vurulur. Avtomobildə onun hansı ölkəyə aid olduğunu bildirən hərflər olur.
İlk avtomobil nömrəsi 1901-ci ildə Nyu-Yorkda verilib. Əvvəllər nömrəni hazırlayan dövlət idarəsi olmadığından, hər avtomobil sahibi özü nömrə hazırlamağa məcbur idi.
Azərbaycanda ilk dəfə avtomobil nömrələri ötən əsrin 50-ci illərdə verilməyə başlanıb.