ELM

Yüz illərlə davam edən mübahisədə yeni dönüş

CC0 / Jan-Mallander / ForestMeşədə naməlum işıq mənbəyi
Meşədə naməlum işıq mənbəyi - Sputnik Azərbaycan
Abunə olmaq
Ufoloqlar iddia edir ki, həmin əraziyə kosmik gəmi düşüb

BAKI, 24 aprel — Sputnik. Ufologiya elmi ilə məşğul olan alimlər yeni keşf ediblər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, alimlər yadplanetlilərin Yer kürəsinə endiyi daha bir yeri tapıblar. Artıq yadplanetlilərə inananlar inamla başqa planetlərdə də yaşayışın olduğunu iddia edə bilərlər.

Alimlərin dediyi ərazi ABŞ-da Şimali Arizonada yerləşir. Həmin ərazidə 230 metr dərinliyində krater yaranıb. Alimlər bu kraterin illər öncə düşən asteroidin nəticəsində yarandığını iddia edirdilər. Göy cisminin həmin əraziyə düşməsi nəticəsində həmin yerin təbiəti də dəyişib.

Lakin ufoloqlarların son iddialarına görə, həmin əraziyə asteroid yox, kosmik gəmi düşüb. Bu da öz növbəsində başqa planetlərdə həyatın olduğunu təsdiq edir.

Xəbər lenti
0