Ramiz Mehdiyevdən ilginc açıqlama: "İş görmürdü, dövlətin pulları ünvanına çatmırdı"

© Photo : REPORTRamiz Mehdiyev
Ramiz Mehdiyev - Sputnik Azərbaycan
Abunə olmaq
"Nazim İbrahimov vəzifəsinin öhdəsindən gələ bilməyib, dövlətin maliyyə yardımları öz ünvanına çatmayıb"

BAKI, 24 aprel — Sputnik. "Diasporla İş üzrə Dövlət Komitəsinin işindən narazılıqlar var idi, Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan prezident İlham Əliyevin də məlumatı var. Buna görə də prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib".

Президент Азербайджана Ильхам Алиев - Sputnik Azərbaycan
Prezident hökumətin tərkibi barədə yeni sərəncam verdi

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Report"un sualını cavablandıran Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib. O xatırladıb ki, Prezidentin növbəti sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub: "Cənab prezident Fuad Muradovla görüşüb və ona konkret tapşırıqlarını verib. Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması böyük əhəmiyyət kəsb edir".

Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla bir iş görülüb: "Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb".

Xəbər lenti
0