ELM

Azərbaycanda mühüm qanun qəbul edildi

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Peşə təhsili müəssisələrinə lisenziyanın müddətsiz verilməsi nəzərdə tutulub

BAKI, 24 aprel — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Peşə təhsili haqqında" qanun layihəsi üçüncü – sonuncu oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsi barədə parlamentin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli məlumat verib.

Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
ELM
Azərbaycanda "təhsil tələsi" qurulub - Xəbərdarlıq

O deyib ki, qanun layihəsi Azərbaycanda peşə təhsili sisteminin quruluşunu müəyyən edir: "Dövlət peşə təhsili müəssisəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun maliyyələşdirilir. Bu normativlər hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir. Peşə təhsili müəssisəsi öz nizamnaməsi ilə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil və digər xidmətləri göstərə, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar ala bilər. Bələdiyyə və özəl peşə təhsili müəssisəsində təhsilalanlar üçün nəzərdə tutulan ödəniş haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənir".

Qanun layihəsinin 4-cü (dövlətin vəzəfiləri) maddəsində deyilir: "Peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir".

Layihəyə əsasən, peşə təhsili müəssisələrinə lisenziyanın müddətsiz verilməsi nəzərdə tutulub. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0